ELM VƏ TƏHSİL
Yaponiya fermerləri təsərrüfat sahələrini qorumaq üçün robot canavar yaradıblar
Bakı, 8 avqust, AZƏRTAC
Yaponiya fermerləri vəhşi heyvanları qorxutmaq üçün robot yaradıblar.
AZƏRTAC runews24.ru saytına istinadla xəbər verir ki, robot canavar şəklində hazırlanıb. Ulayan robot canavar Yaponiyanın kənd təsərrüfatı sahələrini vəhşi heyvanlardan qoruyacaq. Aparatın qalın xəzi, qorxunc gözləri, həmçinin süni dişləri var. Robotun ölçüləri yaşlı canavara uyğun gəlir. Belə ki, uzunluğu 65 santimetrə, hündürlüyü isə 50 santimetrə çatır. Robot canavar, həmçinin güllə və insan səslərinin təqlid edə bilir.
Robotun ilk nüsxəsi artıq sınaqdan keçirilib. Qeyri-adi robotun bazar qiyməti təxminən 200 min yen təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]