DÜNYA


Yaponiya hərbçiləri Rusiyaya məxsus hərbi  təyyarələrin fəallaşdığını bildiriblər

Tokio, 15 iyul, AZƏRTAC 

Cari ilin aprel-iyun ayları ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri daha çox Rusiya hava-kosmik qüvvələrinə məxsus (HKQ) təyyarələrlə əlaqədar havaya qalxıb. Bu barədə ölkənin özünümüdafiə qüvvələrinin birləşmiş qərargahı məlumat yayıb.

Qərargahdan bildirildiyinə görə, cari ilin ikinci rübü ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri, ümumilikdə, 229 dəfə səmaya qalxıb. Bunun 125-i (55 faiz) məhz Rusiya, 101-i (44 faiz) isə Çin hərbi təyyarələrinə görə olub. Son beş ilin göstəricilərinə görə, adətən yapon qırıcıları daha çox Çin hərbi təyyarələrinin yaxınlaşması ilə əlaqədar səmaya qalxmışdı. Məsələn ötən ilin ikinci rübündə yapon qırıcıları 199 dəfə Çin, 78 dəfə isə Rusiya hərbi təyyarələrinə görə bunu etmişdi.

Yapon hərbiçiləri qeyd edirlər ki, Çinin səmada fəallığı əhəmiyyətli dərəcədə - 99 dəfə, Rusiyanın fəallığı isə 47 dəfə azalıb. Əlavə olaraq bildirilir ki, Çin təyyarələri adətən qırıcı, Rusiya təyyarələri isə kəşfiyyat təyyarələri ilə təmsil olunublar. Uçuşların marşrutunda da əsaslı fərqlər qeyd edilib. Belə ki, Çin təyyarələri əsasən, Şərqi Çin dənizi istiqamətində, Rusiya təyyarələri isə cənub sahilləri istisna olmaqla bütünlüklə Yaponiya ətrafında - şimal-qərb və şimal istiqamətində uçuşlar həyata keçirib.

Fotoşəkillərin də əlavə edildiyi məlumatda qeyd edilir ki, uçuşlar zamanı əsasən Tu-95, Tu-142, İl-38, İl-20, Su-24 təyyarələrindən istifadə edilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.