DÜNYA


Yaponiya hökuməti İmperator ailəsinin qadınlara görə şaxələnməsi məsələsini müzakirə edəcək

Tokio, 1 iyun, AZƏRTAC

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya parlamentinin aşağı palatası İmperator Akihitonun taxt-tacdan imtinası ilə əlaqədar qanun layihəsinə əlavə qətnamə ilə bağlı geniş razılaşmanı bəyənib. Həmin qətnamə hökuməti İmperator ailəsinə məxsus qadınların nigaha girməsi ilə əlaqədar yaranan yeni şaxələr məsələsini müzakirə etməyə çağırır.

Bu barədə razılaşma mayın 30-da parlamentin aşağı palatasının rəhbər komitəsinin sədri Tsutumo Sato hakim və müxalif partiyaların yüksək səviyyəli nümayəndələri ilə birlikdə onun tərəfindən bu qətnaməyə düzəlişlə əlaqədar hazırlanan layihəni müzakirə etdikdən sonra əldə edilib.

Layihədə deyilir ki, İmperator ailəsinə məxsus yeni qadın şaxələrinin yaranması ilə əlaqədar məsələ aktual olmaqla yanaşı, həm də təxirəsalınmaz qaydada öz həllini tapmalıdır. Burada əlavə olaraq qeyd edilir ki, qanun layihəsinin məqsədi İmperator tacının ardıcıl olaraq sabit şəkildə ötürülməsini təmin etməkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.