DÜNYA


Yaponiya hökuməti İmperatorun taxt-tacı təhvil verməsini müzakirə edəcək Şuranı təsis edib

A+ A

Tokio, 24 sentyabr, AZƏRTAC.

Sentyabrın 23-də Yaponiya hökuməti İmperatorun könüllü şəkildə taxt-tacı təhvil verməsi məsələsini müzakirə edəcək Şuranın fəaliyyətinə start verib.

Bu barədə jurnalistlərə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, altı nəfərdən ibarət olan Şura ilk iclasını oktyabrda keçirəcək.

Yeni Şuraya Yaponiya Biznes Federasiyasının sədri Takaşi İmai, Tokio Universitetinin fəxri professoru Takaşi Mikuriya kimi cəmiyyətdə xüsusi nüfuza malik şəxslər daxildir.

Y.Suqa bəyan edib ki, İmperatorun yaş həddini nəzərə alaraq, Şuradan xahiş olunacaq ki, monarxın dövlət vəzifələrinin yüngülləşdirilməsi ilə yanaşı, taxtın ötürülməsi məsələsini də müzakirə etsin.

Xəbər verdiyimiz kimi, İmperator Akihito avqustda televiziyada çıxış edərək bildirib ki, fiziki cəhətdən zəifləməsi bir vaxt ona dövlət vəzifələrini həyata keçirməyə imkan verməyəcək.

Yapon qanunvericiliyində İmperatorun sağlığında taxt-tacı təhvil verməsini nəzərdə tutan bənd yoxdur.

Y.Suqa əmin olduğunu bildirib ki, Şura Konstitusiya, İmperator Sarayı Haqqında Qanun və sarayın tarixi üzrə mütəxəssisləri dinləyərək geniş ictimaiyyətin rəyini əks etdirəcək hesabat hazırlayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.