DÜNYA


Yaponiya hökuməti İstanbulda törədilən terror aktını kəskin pisləyib

Tokio, 2 yanvar, AZƏRTAC

Yaponiya hökuməti İstanbulda gecə klubunda onlarla insanın ölümünə səbəb olmuş terror aktını kəskin pisləyib.

Xarici İşlər Nazirliyinin həmin faciə ilə əlaqədar yaydığı bəyanatda bildirilir ki, Yaponiya hökuməti yanvarın 1-də gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bəyanatda, həmçinin qeyd edilir ki, terrora heç nə ilə haqq qazandırmaq olmaz. Yaponiya bu terror aktını kəskin pisləyir, Türkiyə hökuməti və xalqı ilə tam həmrəy olduğunu ifadə edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.