DÜNYA


Yaponiya hökumətinin səmərəsiz məsrəfləri 11 milyard dollardan çox olub

A+ A

Tokio, 7 noyabr, AZƏRTAC

2016-cı ilin mart ayında başa çatmış maliyyə ilində Yaponiya hökumətinin səmərəsiz məsrəfləri 11 milyard dollardan çox olub. Bu barədə Yaponiya Təftiş Şurasının rəsmi nümayəndələri məlumat veriblər.

Təftiş Şurasının rəhbəri bu barədə hesabatı Yaponiyanın Baş naziri Şinzo Abeyə təqdim edib.

Müfəttişlər xərclərin düzgün nəzarət edilmədiyi 455 hal aşkar ediblər. Onların sözlərinə görə, həmin hallar nəticəsində, ümumilikdə, 11 milyard 700 milyon dollar səmərəsiz xərc qeydə alınıb. Bu, həmin rəqəmin hesablanmağa başladığı dövrdən indiyədək ikinci belə böyük göstəricidir.

Məlumatda qeyd edilir ki, bu vəsaitlərin təqribən 90 faizi Yaponiyanın Depozitlərin Sığortası Korporasiyasında saxlanılan istifadə olunmamış fondları və ya vəsaiti özündə əks etdirir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.