DÜNYA


Yaponiya ilə Hindistan arasında atom energetikası sahəsində müqavilə imzalanıb

A+ A

Tokio, 12 noyabr, AZƏRTAC

Yaponiya və Hindistanın baş nazirləri noyabrın 11-də iki ölkə arasında atom energetikası sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Sənədə əsasən, Yaponiya Hindistana atom energetikası üzrə texnologiyaların ixracına başlayacaq.

İki ölkə arasında müqavilə Baş nazir Şinzo Abenin hindistanlı həmkarı Narendra Modi ilə Tokioda keçirilən görüşündən sonra imzalanıb. N.Modi noyabrın 10-dan 12-dək Yaponiyaya rəsmi səfərə gəlib.

Görüş zamanı Ş.Abe bildirib ki, o yalnız iki ölkə arasında əməkdaşlıq məsələlərini deyil, eyni zamanda, regional və qlobal sülhün qorunmasında, həmçinin inkişafın təmin olunmasında ölkələrinin lider rolunu müzakirə etmək niyyətindədir.

Hindistanın Baş naziri öz növbəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bərabər gündəliyə yeni məsələlərin daxil edilməsinə tərəfdar olduğunu deyib. N.Modi qeyd edib ki, hər iki ölkə sülh və təhlükəsizlik kimi məsələlərin həlli ilə yanaşı, sabitlik və digər sahələrdə də əməkdaşlıq etməlidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.