DÜNYA


Yaponiya ilə Qazaxıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

A+ A

Tokio, 7 noyabr, AZƏRTAC

Yaponiyada rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev noyabrın 6-da İmperator Akihito ilə görüşüb.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, görüşdə Qazaxıstan və Yaponiya arasında əlaqələrin cari durumu və inkişaf perspektivləri müzakirə olunub.

Qazaxıstan Prezidenti iki ölkə arasında müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu vurğulayıb. O, nüvə silahının ləğvi və yayılmaması, həmçinin beynəlxalq təhlükəsizliyin təmin edilməsində qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini bildirib.

Bundan əlavə, N.Nazarbayev qlobal münaqişələrin tənzimlənməsində, dayanıqlı regional inkişafın təmin edilməsində Yaponiyanın əvəzedilməz rolunu yüksək qiymətləndirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.