DÜNYA


Yaponiya iqlim dəyişmələri məsələsində ABŞ ilə əməkdaşlıq yolları axtaracaq

Tokio, 2 iyun, AZƏRTAC 

Yaponiya Hökuməti bəyan edib ki, ABŞ ilə iqlim dəyişmələri məsələsində əməkdaşlıq yollarını araşdıracaq. Bəyanatda, həmçinin bildirilir ki, Yaponiya Paris razılaşmasını onu imzalamış ölkələrlə birlikdə yerinə yetirməyi davam etdirəcək.

Yaponiya Hökuməti həmin bəyanatı iyunun 2-də, ABŞ Prezidenti Donald Tramp ölkəsinin bu razılaşmadan çıxdığını elan etdikdən sonra səsləndirib. Sənəddə qeyd edilir ki, iqlim dəyişmələri qlobal problemdir və o, beynəlxalq ictimaiyyət tərəfindən həll olunmalıdır. Vurğulanır ki, Yaponiyanın qənaətinə görə, inkişaf etmiş ölkələr bu razılaşmada liderliyi ələ almalı və onu həyata keçirməlidirlər. Bildirilir ki, Yaponiya Paris razılaşması çərçivəsində ABŞ ilə əməkdaşlığa ümid etsə də Tramp administrasiyasının qərarı yalnız təəssüf doğurur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.