DÜNYA
Yaponiya iqlim üzrə Paris razılaşmasının ratifikasiyası üçün lazım olan prosedurları başa çatdırıb
Tokio, 9 noyabr, AZƏRTAC
Yaponiya iqlim üzrə Paris razılaşmasının ratifikasiyası üçün lazım olan bütün prosedurları başa çatdırıb və qlobal istiləşmənin qarşısının alınması ilə əlaqədar beynəlxalq tədbirlərə qoşulacaq.
Yaponiyanın BMT-dəki nümayəndəsinin müavini Hiroşi Minami noyabrın 9-da lazımi sənədləri təşkilatın mənzil-qərargahına təqdim edib. Sənədlərin təqdimatından 30 gün sonra Yaponiya Paris razılaşmasına qoşulan 103-cü ölkə olacaq.
Hazırda razılaşmaya qoşulan iştirakçı ölkələr onun detallarını BMT-nin Mərakeşdə keçirilən COP22 iqlim dəyişmələri konfransında müzakirə edirlər.
Yaponiya noyabrın 4-də qüvvəyə minən razılaşmaya qoşulmaq üçün lazımi sənədləri vaxtında ratifikasiya edə bilmədiyinə görə konfransda müşahidəçi statusunda iştirak edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]