DÜNYA
Yaponiya məhkəməsi ölkənin TPP-yə qoşulmasına qarşı iddianı rədd edib
Tokio, 7 iyun, AZƏRTAC
Tokio dairə məhkəməsi təqribən min nəfər ölkə sakininin Yaponiyanın Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə azad ticarət barədə razılaşmaya qoşulmasına qarşı iddiasını rədd edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Həmin iddia Tokio dairə məhkəməsinə bir qrup fermer və səhiyyə sferasının əməkdaşı tərəfindən göndərilib. Məhkəmənin qərarına əsasən, razılaşma ilə bağlı məsələ icra hakimiyyətinin səlahiyyəti çərçivəsindədir və bu, məhkəmənin hökmü ilə dayandırıla bilməz.
Yaponiya TPP barədə razılaşmanı ötən ilin sonlarında ratifikasiya edib. ABŞ Prezidenti Ronald Tramp tərəfindən ölkənin razılaşmadan çıxması barədə memorandum imzalanan andan Tokio bəyan edib ki, o, ABŞ-ın yeni administrasiyasını bu razılaşmaya qoşulmağa inandırmağa çalışacaq. Eyni zamanda, Yaponiyanın qənaətinə görə, TPP-nin ABŞ-ın iştirakı olmadan 11 ölkə tərəfindən imzalanması gələcəkdə bu ölkənin həmin razılaşmada iştirakı yolunu bağlaya bilər.
Mütəxəssislərin bir çoxunun qənaətinə görə, ABŞ-ın iştirakçı ölkələr üçün gömrük rüsumlarının ləğvini nəzərdə tutan həmin tərəfdaşlıqdan çıxması onun əhəmiyyətini və masştabını azaldır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio