Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiya mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalələr dərc edilmişdir VİDEO

Yaponiya mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalələr dərc edilmişdir VİDEO

Tokio, 31 may (AZƏRTAC). Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin bir sıra nüfuzlu qəzetlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümünə həsr edilmiş məqalələr dərc olunmuşdur.

İngilis dilində nəşr olunan və əsasən Yaponiyadakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri üçün nəzərdə tutulan “The Japan Times” qəzetində səfir Gürsel İsmayılzadənin “Azərbaycan-sürətlə inkişaf edən gələcəyin ölkəsi” və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin “Azərbaycan regionda güclü sənaye mərkəzinə çevrilir” adlı məqalələri dərc edilmişdir.

Səfir G.İsmayılzadənin məqaləsində Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazanmasının böyük tarixi nailiyyət olduğu qeyd edilmiş, müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradılmasına nəzər salınmış, parlamentin təsis edildiyi, qadınlara əksər ölkələrdən əvvəl səsvermə hüququnun verildiyi vurğulanmışdır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın uğurla həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsi, qlobal enerji siyasətinin formalaşması və beynəlxalq əhəmiyyətli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bildirilmişdir.

Məqalədə Azərbaycanın tarixin bütün dövrlərində tolerantlıq nümunəsi olduğu vurğulanmış, Yer kürəsindəki on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olduğu qeyd edilmiş, ölkəmizin turizm potensialı, o cümlədən mədəniyyət nümunələri, tarixi abidələr, sağlamlıq mərkəzləri, ləziz mətbəxi barədə geniş məlumat verilmişdir. Məqalədə 2015-ci ildə ilk Avropa Oyunlarına məhz Azərbaycanın ev sahibliyi edəcəyi, ölkəmizin beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrildiyi vurğulanmışdır.

Səfir məqalədə Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat vermiş, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Yaponiya ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

İqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin məqaləsində Azərbaycanın son 10 ildə iqtisadi inkişafı, ölkəmizin regionda güclü sənaye mərkəzinə çevrilməsindən bəhs edilir.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müstəqil Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş iqtisadiyyatımız tərəqqi edir. Son illər Azərbaycanın bir çox uğurlara imza atması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmosa süni peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olması, bazar iqtisadiyyatına keçidin başa çatdırılması, xarici ölkələrə investisiya yatıran ölkəyə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilməsi məqalədə qeyd edilir.

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, ümumi daxili məhsulun artımına əsasən qeyri-neft sektoru hesabına nail olunması hədəfləri barədə məlumat verilir. Nüfuzlu reytinq agentlikləri “Fitch Ratings”, “Moody’s Investors Service” və “Standard and Poor’s” tərəfindən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycanın yeri xüsusi qeyd edilir.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir. Eyni zamanda, məqalədə Azərbaycan ilə Yaponiya arasında sənaye sahəsində əməkdaşlığın perspektivlərinə nəzər salınır.

Yapon dilində nəşr olunan nüfuzlu “Nikkey” qəzetində də səfir Gürsel İsmayılzadənin 28 may – Respublika Günü münasibətilə “Gələcəyin ölkəsi-Azərbaycan” adlı məqaləsi dərc edilmişdir.

Məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyət göstərdiyi dövrdə Qərbə inteqrasiyası, region və digər ölkələrlə diplomatik əlaqələri barədə ətraflı məlumatlar öz əksini tapmışdır.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində onun regionun lider ölkəsinə və dünyanın mühüm enerji mərkəzlərindən birinə çevrilməsi barədə yapon oxuculara geniş məlumat verilir. Son 10 ildə ölkə ərazisində mühüm infrastruktur və quruculuq işlərinin aparıldığı, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli islahatlar həyata keçirildiyi qeyd edilir.

Azərbaycan-Yaponiya münasibətlərinə geniş yer verilmiş məqalədə ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanır. Məqalədə hər iki ölkənin qarşılıqlı hörmət, inam və etimad prinsiplərini rəhbər tutan siyasi, iqtisadi, humanitar və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsində də maraqlı olduğu və bu istiqamətdə bütün səylərin səfərbər ediləcəyi qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Yaponiya mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalələr dərc edilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb