DÜNYA


Yaponiya nazirliklərinin 2017-ci il üçün sorğu verdiyi büdcə layihəsi 100 trilyon yendən çoxdur

A+ A

Tokio, 1 sentyabr, AZƏRTAC

Yaponiya nazirliklərinin və dövlət agentliklərinin 2017-ci il üçün sorğu verdiyi büdcə layihəsinin ümumi məbləği 100 trilyon yendən çoxdur.

Büdcə layihəsi barədə sorğu avqustun 31-də axşam Maliyyə Nazirliyinə təqdim edilib. Yaponiyada artıq üçüncü ildir ki, büdcə layihəsinə sorğular 100 trilyon yeni keçir.

Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi yeni il üçün 300 milyard dollar vəsaitə sorğu göndərib. Sosial təminat, səhiyyə sahələrində, həmçinin pensiyaların ödənilməsi üçün xərclər ölkədə yaşlı əhalinin sayının çoxalması ilə əlaqədar artır.

Ümummilli İşlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyi 162 milyard dollar vəsait üçün sorğu verib. Bu məbləğin əsas hissəsi yerli hakimiyyət orqanları üçün nəzərdə tutulur.

Maliyyə Nazirliyi özü dövlət səhmləri üzrə artmaqda olan borcu ödəmək üçün 240 milyard dollara sorğu təqdim edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.