DÜNYA


Yaponiya nümayəndə heyəti Kunaşir adasındakı obyektləri öyrənməyə başlayıb

Tokio, 28 iyun, AZƏRTAC 

Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi dörd adadan birinə səfər edən Gündoğar ölkənin nümayəndə heyəti Kunaşir adasında xəstəxana, elektrik stansiyası və digər obyektləri birgə iqtisadi layihələr çərçivəsində öyrənməyə başlayıb.

İyunun 27-də Kunaşir adasına çatan təqribən 70 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə hökumətin və özəl sektorun nümayəndələri daxildir. Nümayəndə heyətinə Baş nazirin xüsusi müşaviri Eyiçi Haşeqava başçılıq edir.

Nümayəndə heyətinin maraq dairəsindən asılı olaraq heyət üç qrupa bölünərək 10-dan çox obyektlə tanış olur. Həmin siyahıya balıq təsərrüfatı müəssisəsi, xəstəxana, elektrik stansiyası və inşası planlaşdırılan mehmanxananın yeri daxildir. Nümayəndə heyətini Saxalin vilayətinin qubernatoru və digər rəsmi şəxslər müşayiət edirlər.

Yaponiya və Rusiya hökuməti ümid edir ki, bu tanışlıq birgə təsərrüfat fəaliyyəti ilə əlaqədar konkret layihələri müəyyənləşdirməyə kömək edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.