DÜNYA


Yaponiya nümayəndə heyəti Rusiyanın nəzarəti altında olan adalara gedib

Tokio, 27 iyun, AZƏRTAC 

Yaponiya nümayəndə heyəti Rusiyanın nəzarəti altında olan, lakin Gündoğar ölkənin də iddia etdiyi adalara yola düşüb. Səfərin məqsədi həmin ərazilərdə təklif edilən birgə iqtisadi fəaliyyətlə bağlı araşdırmaların aparılmasıdır.

Xatırladaq ki, Yaponiya və Rusiya liderlərinin ötən ilin aprelində keçirilmiş görüşü zamanı mübahisəli adalarda birgə iqtisadi fəaliyyət barədə razılıq əldə edilib.

Yaponiya hökumətinin və özəl sektorun nümayəndələri iyunun 27-də səhər Hokkaydo adasındakı limandan yola çıxıblar.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Kunaşir və Etorof adalarında bir sıra obyektlərlə, o cümlədən balıq emalı zavodu, mehmanxana və xəstəxana ilə tanış olacaqlar. Rusiyalı həmkarları ilə görüş zamanı isə yerli sakinlərin iqtisadi ehtiyacları araşdırılacaq.

NHK telekanalının yaydığı məlumata görə, yapon tərəfi araşdırmaların nəticəsi olaraq təklif ediləcək layihələri dəqiqləşdirmək istəyir.

Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın iddia etdiyi dörd adaya görə iki dövlət arasında sülh müqaviləsi hələ də imzalanmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.