DÜNYA


Yaponiya parlamenti terror aktına hazırlığın cinayət hesab edilməsi barədə qanun qəbul edib

Tokio, 15 iyun, AZƏRTAC

Yaponiya parlamenti terror aktına və digər mütəşəkkil cinayətkarlığa hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilmə barədə qanun qəbul edib.

Qanuna əsasən, əgər qrup üzvlərindən heç olmasa birinin ciddi cinayətin hazırlanmasında iştirakı sübut ediləcəyi təqdirdə, qrupun üzvü olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.

Hökumət bəyan edib ki, qanun 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ərəfəsində təhlükəsizliyi gücləndimək məqsədi daşıyır.

Bildirilir ki, qanun layihəsi komitələrdə müzakirə olunmadan birbaşa parlamentin yuxarı palatasına səsverməyə çıxarılıb.

Müxalif partiyalar hökumət blokunu hüquqi proseduru pozmaqda günahlandırıb və qanun layihəsinin səsverməsi zamanı inamsızlıq votumundan istifadə edərək onun qəbuluna mane olmağa çalışıblar. Lakin müxalifətin təklifi qəbul edilməyib.

Nəhayət, mübahisələrə səbəb olmuş qanun layihəsi iyunun 15-də səhər hakim koalisiyaya məxsus Liberal Demokratik, Komey partiyalarından və Yaponiyanın Dirçəlişi Partiyasından olan deputatlar, parlamentin digər üzvləri tərəfindən səs çoxluğu ilə bəyənilib.

Yeni qanunu tənqid edənlərin rəyinə görə, o, insan azadlıqlarını məhdudlaşdıra bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.