DÜNYA
Yaponiya parlamentinin aşağı palatasının sədri istefa verib
Tokio, 21 aprel, AZƏRTAC
Yaponiya parlamentinin aşağı palatasının sədri Nobutaka Maçimura səhhətinin pisləşməsi ilə əlaqədar istefa verib.
İstefa barədə xahişi N.Maçimura müavini Tatsuo Kavabataya aprelin 20-də təqdim edib.
Hakim Liberal Demokratik Partiyanın N.Maçimuranın yerinə aşağı palatanın büdcə komitəsinin sədri Tadamori Osimanı təyin edəcəyi gözlənilir.
Bununla əlaqədar aprelin 21-də aşağı palatada səsvermə keçiriləcək.
N.Maçimura ötən həftə xəstələndikdən və müayinə üçün xəstəxanaya yerləşdirildikdən sonra aşağı palatanın plenar iclaslarında iştirak etmirdi.
Aprelin 20-də mətbuata açıqlamasında N.Maçimura bildirib ki, o, “kiçik insult” keçirib və həkim ona dincəlməyi və müayinə olunmağı məsləhət görüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]