DÜNYA


Yaponiya parlamentinin komitəsi İmperatorun taxtdan imtinası ilə əlaqədar qanun layihəsini bəyənib

Tokio, 1 iyun, AZƏRTAC 

İyunun 1-də Yaponiya parlamentinin komitələrindən birinin üzvləri İmperator Akihitonun taxt-tacdan imtinası ilə əlaqədar qanun layihəsini bəyənib.

Ötən il İmperator Akihitonun 83 yaşı tamam olduqdan sonra o, yaşı ilə əlaqədar üzərinə düşən vəzifələrin icrası zamanı çətinlik çəkəcəyini bildirib.

Qanun layihəsində qeyd edilir ki, yapon xalqı İmperatorun ifadə etdiyi arzusunu başa düşür və ona həssaslıqla yanaşır. Sənədə əsasən taxt-tacdan imtina barədə qanun qəbul edildikdən sonra üç il ərzində həyata keçirilə bilər. Qanun yalnız hazırki İmperator üçün nəzərdə tutulur.

İyunun 2-də qanun layihəsinin parlamentin aşağı palatasının müzakirəsinə çıxarılacağı gözlənilir. Onun gələn həftə təsdiq olunacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.