DÜNYA


Yaponiya parlamentinin palatası İmperatorun taxtı təhvil verməsi haqda qanun layihəsini qəbul edib

Tokio, 2 iyun, AZƏRTAC 

Yaponiya parlamentinin aşağı palatası İmperator Akihitonun taxtı təhvil verməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Ötən il İmperator yaşının çox olması ilə əlaqədar vəzifələrinin icrasında çətinlik çəkəcəyi barədə narahatlığını bildirmişdi. Hazırda onun 83 yaşı var. Taxtdan imtina ilə əlaqədar qanun layihəsində qeyd edilir ki, yapon ictimaiyyəti İmperatorun bu arzusunu başa düşür və ona həssaslıqla yanaşır.

Qanun layihəsi İmperatorun taxt-tacı vəliəhd-şahzadə Naruhitoya təhvil verməsinin mümkünlüyünü nəzərdə tutur. Sənədə əsasən, taxt-tacın təhvil verilməsi barədə qanun elan edildikdən sonra 3 il ərzində həyata keçirilə bilər və bu qanun yalnız hazırkı İmperatora aiddir.

İyunun 2-də parlamentin aşağı palatasının plenar sessiyası zamanı hakim və müxalifətdən olan 6 partiyanın üzvləri qanun layihəsini böyük səs çoxluğu ilə qəbul ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.