DÜNYA


Yaponiya paytaxtında yeni olimpiya stadionunun təməlqoyma mərasimi keçirilib

Tokio, 12 dekabr, AZƏRTAC

Dekabrın 11-də Yaponiya paytaxtında yeni Tokio Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Yaponiyanın Baş naziri Şinzo Abe, Tokio paytaxt prefekturasının qubernatoru Yuriko Koike, 2020-ci il Olimpiadasının keçirilməsinə məsul nazir Tamae Marukava, həmçinin layihənin memarı Kenqo Kuma iştirak ediblər.

Yeni stadion 1964-cü il Olimpiadasının keçirildiyi əvvəlki idman arenasının yerində inşa olunacaq. Stadionun ilk layihəsi baha başa gəldiyinə görə hökumət ondan imtina edib.

Tikinti işlərinə nəzərdə tutulduğundan bir il gec - dekabrın 1-də start verilib. Yeni stadionun tikintisinin 2019-cu ilin noyabrında başa çatdırılması nəzərdə tutulur.

Hökumət Olimpiya Oyunlarının həddindən artıq vəsait aparacağından ehtiyat edir. Yeni stadionun ağac və yığma panellərdən inşa olunacağı, Oyunlardan sonra söküləcəyi ehtimal olunur. Arenanın tikintisi 1,5 milyard dollara başa gələcək.

Xəbər verdiyimiz kimi, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. Yaponiya hökuməti və Beynəlxalq Olimpiya Komitəsinin əldə etdiyi razılığa əsasən, Oyunların ümumi büdcəsi 2 trilyon yen (17,8 milyard dollar) təşkil edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.