DÜNYA


Yaponiya sahillərində Koreya Respublikasına məxsus gəmidə partlayış baş verib

A+ A

Tokio, 10 sentyabr, AZƏRTAC

Yaponiyanın Vakayama prefekturası sahillərində Cənubi Koreya bayrağı altında üzən kiçik tankerdə partlayış baş verib. Bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, “Eiwa Maru 3” adlı gəminin kapitanı həlak olub, daha iki heyət üzvü yaralanıb.

İlkin məlumatlara görə, gəmidə partlayış göyərtədə qaynaq işi aparılarkən baş verib. Hazırda Sahil Mühafizəsi hadisənin səbəblərini araşdırır.

Kimyəvi məhsullar daşıyan tankerin su tutumu 740 tona bərabərdir. Hadisə zamanı gəminin göyərtəsində olan yük barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.