DÜNYA


Yaponiya şirkətləri elektromobil istehsalını sürətləndirirlər

Tokio, 31 iyul, AZƏRTAC 

Yaponiyanın tanınmış avtomobil şirkətləri elektromobil istehsalını sürətləndirməyə çalışırlar.

NHK telekanalının yaydığı məlumatda bildirilir ki, “Toyota” şirkəti 2019-cu ildən başlayaraq Çində həmin tələblərə cavab verən elektromobillərin satışına başlayacaq. Qeyd edilir ki, bu şirkət indiyədək heç vaxt yalnız elektrik enerjisi ilə işləyən avtomobil satmayıb. O, daha çox hibrid maşınların istehsalı ilə məşğuldur.

“Nissan” şirkəti isə cari ilin sonlarında Yaponiya, ABŞ və Avropada elektromobillərin yeni modelinin satışına başlamağı planlaşdırır. Həmin elektromobil tam enerji ilə doldurulduqdan sonra digərlərinə nisbətən daha uzun məsafə qət edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.