DÜNYA


Yaponiya təhlükəsizlik sahəsində ASEAN ölkələri ilə əməkdaşlığı genişləndirəcək

A+ A

Tokio, 17 noyabr, AZƏRTAC

Yaponiyanın və Cənub-Şərqi Asiya ölkələrinin müdafiə nazirləri Laosda keçirilən növbəti görüşləri zamanı təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildiriblər.

NHK televiziya kanalının yaydığı məlumata əsasən, noyabrın 16-da Yaponiyanın müdafiə naziri xanım Tomomi İnada ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan 10 dövlətin müdafiə nazirlərinin görüşü keçirilib.

Görüşə sədrlik edən Laosun müdafiə naziri Tyansamon Tyannalat ASEAN ölkələri ilə Yaponiya arasında əlaqələrin möhkəmləndiyini bildirib. Nazir qeyd edib ki, Yaponiya regionda sülhün və sabitliyin qorunmasında əhəmiyyətli rola malikdir.

T.İnada isə bildirib ki, Koreya yarımadasında, Şərqi Çin və Cənubi Çin dənizlərində gərginliyin artdığı indiki dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi zəruridir.

Regional sularda Çinin fəallığının artması ilə əlaqədar Yaponiyanın müdafiə naziri Tokioda beynəlxalq hüquq məsələlərinə həsr olunan seminarın təşkilini təklif edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.