DÜNYA
Yaponiya və ABŞ-ın raket əleyhinə yeni sınağı uğursuzluqla nəticələnib
Tokio, 23 iyun, AZƏRTAC
Yaponiya və ABŞ raket əleyhinə yeni SM-3Block IIA raketini sınaqdan keçirib. Kyodo agentliyinin Yaponiya Müdafiə Nazirliyinə istinadla yaydığı məlumatda bildirilir ki, dənizdən buraxılmış raketin sınağı uğursuzluqla nəticələnib.
Məlumatda qeyd edilir ki, sınaq Yaponiya Müdafiə Nazirliyi Yanında Material-Texniki Agentlik və Pentaqona tabe olan Raket Əleyhinə Müdafiə Agentliyi tərəfindən aparılıb. Raketin buraxılışı Havay adaları sahillərində ABŞ-a məxsus esminesdən həyata keçirilib. Sınağın uğursuzluqla nəticələnməsinin səbəbləri barədə məlumat verilmir.
Yeni sınaq Yaponiya və ABŞ tərəfindən birlikdə uçuş məsafəsi 500 kilometr olan SM-3 Block IA raketinin əvvəlki modeli üzərində aparılır. Bu raketin uçuş radiusu min kilometrə qədər uzadılıb. Onun ilk sınağı cari ilin fevralında keçirilib və həmin vaxt da uğursuzluqla nəticələnib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio