DÜNYA


Yaponiya və ABŞ liderləri Şimali Koreyaya təzyiqi artırmaq barədə razılığa gəliblər

Tokio, 9 iyul, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp raket və nüvə proqramlarını davam etdirən Şimali Koreyaya təzyiqi artırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər. NHK telekanalının yaydığı məlumata görə, iki ölkənin liderləri Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər.

Görüşdə D.Tramp bildirib ki, Şimali Koreya özündə “problem və təhlükəni” əks etdirir. Ş.Abe qeyd edib ki, Pxenyana təzyiqin artırılması zəruridir. ABŞ və Cənubi Koreya liderləri ilə bu günlərdə aparılan danışıqlar Şimali Koreyaya qarşı vahid mövqenin təsdiq olunması baxımından böyük əhəmiyyətə malikdir.

ABŞ və Yaponiya arasında yaranmış ticarət kəsirinə diqqəti yönəldən D.Tramp qarşılıqlı faydaya əsaslanan ticarət əməkdaşlığına çağırıb. Ş.Abe müavini Taro Asonun və ABŞ-ın vitse-prezidenti Mayk Pensin cari ildə nəzərdə tutulan görüşünün iki ölkə arasında konstruktiv iqtisadi dialoq yaradacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı Ş.Abe ABŞ Prezidentini ölkəsinə səfərə dəvət edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.