DÜNYA


Yaponiya və ABŞ liderlərinin görüşündə Şimali Koreya məsələsi də müzakirə olunub

Tokio, 26 may, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Trampın görüşü zamanı Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar iki ölkə arasında sıx əməkdaşlıq təsdiq edilib.

NHK telekanalının yaydığı məlumata görə, Ş.Abe və D.Tramp arasında görüş mayın 26-da Böyük yeddiliyin sammitinin keçirildiyi yerin yaxınlığında baş tutub. İkitərəfli danışıqlar zamanı D.Tramp bəyan edib ki, o, Ş.Abe ilə Şimali Koreya və terrorizm məsələləri də daxil olmaqla qlobal problemləri müzakirə etmək niyyətindədir. Şimali Koreya məsələsini xüsusi vurğulayan ABŞ Prezidenti bildirib ki, o, bu məsələnin istənilən yolla həllini arzulayır.

Ş.Abe Yaxın Şərq regionuna uğurlu səfər və NATO üzvləri ilə görüş münasibətilə ABŞ Prezidentini təbrik edib. Baş nazir vurğulayıb ki, o, D.Trampın qlobal təhlükəsizliyə sadiqliyini yüksək qiymətləndirir. Ş.Abe əlavə edib ki, ABŞ Prezidenti ilə Pxenyana münasibətdə və bütün dünya qarşısında duran digər problemlərlə bağlı iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini bir daha təsdiq etmək istəyir.

Yaponiyanın Baş naziri G7 ölkələrinin liderləri ilə birlikdə Şimali Koreya məsələsi və bütün dünyanı bürüyən terror aktlarının artması ilə bağlı müraciət etmək niyyəti barədə də düşünür.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.