DÜNYA
Yaponiya və Rusiya Kuril adalarında birgə fəaliyyətlə bağlı müzakirələrə başlayıblar
Tokio, 18 mart, AZƏRTAC
Tokioda Yaponiya və Rusiya diplomatları Kuril adalarında birgə təsərrüfat fəaliyytinin istiqamətləri ilə bağlı müzakirələrə başlayıblar.
Danışıqların birinci raundunda Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba və onun rusiyalı həmkarı İqor Morqulov iştirak edirlər.
Yaponiya hazırda Rusiyaya məxsus olan Kuril adaları silsiləsinə - İturup, Kunaşir, Şikotan və Habomai arxipelaqına iddialıdır. 2016-cı ilin dekabrında Yaponiyada keçirilən sammit zamanı Baş nazir Ş.Abe və Prezident V.Putin həmin adalarda birgə təsərrüfat fəaliyyəti barədə razılığa gəliblər. Cari ilin aprelində Ş.Abenin Risyaya səfəri gözlənilir. Səfər zamanı Baş nazirin iki ölkə arasında əməkdaşlığı daha da intensivləşdirməyə və II Dünya müharibəsindən sonra hələ də qalan sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çalışacağı bildirlir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]