DÜNYA


Yaponiya və Rusiya arasında sülh müqaviləsi ilə bağlı növbəti müzakirələr keçirilib

A+ A

Tokio, 27 avqust, AZƏRTAC

NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiya və Rusiyanın rəsmi nümayəndələri bu ölkələrin liderlərinin görüşü ərəfəsində iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrin növbəti raundunu keçiriblər.

Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə cavabdeh olan rəsmi nümayəndəsi Tikahito Harada avqustun 26-da Moskvada xarici işlər nazirinin müavini İqor Merqulovla görüşüb.

Tərəflər arasında müsbət və səmimi danışıqlar aparıldığını vurğulayan T.Harada yaxın zamanlarda yeni görüşün keçirilməsini arzuladığını bildirib.

Cari ilin mayında Baş nazir Şinzo Abenin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərəflər ərazi məsələsinin həlli ilə bağlı hər iki tərəfi qane edəcək nəticə əldə etməkdən ötrü danışıqlar prosesini sürətləndirmək üçün yeni yanaşmanın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, gələn cümə günü Vladivostokda keçiriləcək iqtisadi forum zamanı Yaponiya və Rusiya liderlərinin görüşü planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.