DÜNYA


Yaponiya və Rusiya ikitərəfli iqtisadi əməkdaşlıq barədə proqram hazırlayıblar

A+ A

Tokio, 20 noyabr, AZƏRTAC

Yaponiya və Rusiyanın rəsmi nümayəndələri iqtisadi əməkdaşlıq barədə proqramın detallarını hazırlayıblar. Həmin planda cari ildə Yaponiya tərəfindən Rusiyaya təqdim edilən səkkiz bənddən ibarət təkliflərlə bağlı konkret layihələr və onların icra cədvəli əksini tapıb.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin beynəlxlaq məsələlər üzrə müavini Hirofumi Katase və Rusiya iqtisadi inkişaf nazirinin müavini Stanislav Voskresenski proqramı noyabrın 19-da Peruda keçirilən görüşləri zamanı razılaşdırıblar.

Tərəflər Rusiya Prezidenti Vladimir Putinin gələn ay Yaponiyaya planlaşdırılan səfəri ilə bağlı tədbirlər barədə də razılığa gəliblər. Əməkdaşlıqla bağlı təqribən 30 layihə iki ölkənin şirkətləri tərəfindən prioritet istiqamət kimi müəyyən edilib.

Yaponiyanın iqtisadi əməkdaşlıq naziri Hirosiqe Seko həmin proqramı Peruda səfərdə olan Baş nazir Şinzo Abe və Prezident Vladimir Putinə təqdim edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.