DÜNYA


Yaponiya və Türkiyə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Tokio, 23 iyun, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyanın paytaxtı Tokioya üçgünlük səfər edib.

Səfərin üçüncü günü Sasakava Sülh Fonduna gələn nazir burada Yaxın Şərqdəki proseslər və Türkiyənin bölgədəki rolu barədə çıxış edib, çoxsaylı sualları cavablandırıb. Sasakava Sülh Fondunun fəxri prezidenti Yahey Sasakava ilə görüşdə iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.

Yaponiya mətbuatı ilə təmaslar çərçivəsində “Nikkey” qəzetinin və NHK telekanalının müxbirləri ilə görüşən M.Çavuşoğlu bölgədə baş verən proseslər, Yaponiya-Türkiyə əlaqələri və digər aktual mövzularda onların suallarını cavablandırıb.

Həmin gün Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko ilə görüşən Türkiyənin xarici işlər naziri iki ölkə arasında iqtisadi və ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşdə isə Türkiyə-Yaponiya əlaqələri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Qeyd edək ki, nazir M.Çavuşoğlunun səfəri Türkiyədən Yaponiyaya xarici işlər naziri səviyyəsində 14 il sonra ilk dəfə reallaşıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.