DÜNYA


Yaponiyada 15 min dollar qiyməti olan tortlar satışa çıxarılıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən “Takasimaya” elit universal mağazasında qiyməti 1,5 milyon yen (təxminən 15 min dollar) olan tortlar satışa çıxarılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hündürlüyü 1,5 metrə çatan rəngbərəng tortlar Yaponiyanın məşhur “Anri Şarpentyo” qənnadı fabriki tərəfindən hazırlanır. Qənnadı möcüzənin yaradıcıları məhsullarının toylar, yubileylər, həmçinin korporativ mərasimlər üçün sifariş olunacağını gözləyirlər. Sifarişçinin zövqünə uyğun hazırlanan tortlar təxminən iki ay ərzində başa gəlir.

Bu qənnadı fabriki ötən əsrin ilk yarısında ABŞ-da yaşayan və dünyanı kulinar məharəti ilə fəth etməyi bacaran əfsanəvi fransızın adını daşısa da, onunla birbaşa əlaqəsi yoxdur. Yaponiyanın məşhur fabriki Şarpentyonun ölümündən 8 il sonra – 1969-cu ildə yaradılıb. Əvvəlcə əyalət şəhərciyində kiçik mağazadan ibarət olan müəssisə hazırda Yaponiyada 6 kafeyə və 100-ə yaxın mağazaya, Sinqapurda isə daha 2 mağazaya sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.