DÜNYA


Yaponiyada 21 mindən çox insana təxliyə xəbərdarlığı göndərilib

Tokio, 18 iyul, AZƏRTAC 

Yaponiyanın şimal-qərbində yerləşən Niiqata prefekturasının hakimiyyət orqanları 21 mindən çox sakinə təxliyə xəbərdarlığı göndərib. Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, xəbərdarlıq leysan yağışları səbəbindən yarana biləcək daşqınlar və torpaq sürüşmələrinə görə göndərilib. Son sutkada prefekturada bir saat ərzində 100 millimetrdən çox yağıntı düşdüyü bildirilir.

Leysan yağışlar iki həftə bundan əvvəl Yaponiyanın cənub-qərbində çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə 34 nəfər ölüb, 10 nəfər isə itkin düşmüş hesab edilir.

Sinoptiklərin bildirdiyinə görə, güclü yağışlar Fukuşima prefekturasının şimal-şərqində də gözlənilir.

Meteoroloqlar Niiqata və Fukuşima prefekturalarında əhalini dağların yamaclarından və çay sahillərindən uzaqlaşmağa çağırıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.