DÜNYA
Yaponiyada 596 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib
Tokio, 13 iyun, AZƏRTAC
Yaponiyada iyunun 5-dən 11-dək 596 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bu barədə ölkədə təcili tibbi xidmət funksiyasını da yerinə yetirən Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlər arasında təqribən 200 nəfər müxtəlif müddətə stasionar müalicə alacaq. Xəsarət alanların 43 faizinin yaşı 65-dən yuxarıdır.
Qeyd olunan müddət ərzində Yaponiyada hava kəskin isti olmayıb. Buna görə də əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayı iki dəfədən çox azalıb. Bu göstəricinin azalmasına səbəb kimi ölkədə “gavalı yağışları” fəslinin başlaması göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]