DÜNYA
Yaponiyada 8,5 bal gücündə zəlzələ olub
Bakı, 30 may, AZƏRTAC
Bu gün Yaponiyanın şərq sahillərində Rixter şkalası üzrə 8,5 bal gücündə zəlzələ olub.
AZƏRTAC Yaponiya mətbuatına istinadən məlumat verir ki, zəlzələ 570 kilometr dərinlikdə paytaxt Tokiodan təqribən 1000 kilometr cənubda Oqasavara adası yaxınlığında baş verib.
Təqribən bir dəqiqə müddətində davam edən zəlzələ səbəbi ilə Narita aeroportunda uçuşlar müvəqqəti olaraq təxirə salınıb, Tokio-Osaka şəhərləri arasındakı elektrik qatarı hərəkətinə məhdudiyyət qoyulub.
Zəlzələ Tokioda 4, Oqasavarada isə 5 bal gücündə hiss olunub. Yaponiya Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığı barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]