DÜNYA


Yaponiyada Dünya Robotlar Sammiti keçiriləcək

A+ A

Tokio, 4 oktyabr, AZƏRTAC

Yaponiya hökuməti 2020-ci ildə Dünya Robotlar Sammitinin keçirilməsi barədə qərar qəbul edib. Sammit zamanı həmin maşınlar dəqiqlik, sürət və keyfiyyət kateqoriyaları üzrə yarışacaqlar.

Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Tokioda keçirilən mətbuat konfransında məlumat verib.

Nazir deyib: “Ümid edirik ki, bütün dünyadakı ən yaxşı robotları və bu sahədə olan ideyaları bir yerə cəmləyə biləcəyik”.

H.Sekonun sözlərinə görə, bu tədbir ilk növbədə sənayedə və məişətdə istifadə edilən yeni qurğuların hazırlanmasına böyük təkan verəcək.

Yaponiya hökuməti ilk növbədə robotlardan işçi qüvvəsinə olan tələbatın ödənilməsi, əhalinin qocalması və s. kimi sosial problemlərin həllində istifadə etmək niyyətindədir. Hazırda hökumət sammitin keçiriləcəyi şəhərin dəqiqləşdirilməsi ilə məşğuldur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.