DÜNYA


Yaponiyada G7 ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib

A+ A

Tokio, 25 sentyabr, AZƏRTAC.

Yaponiyanın Karuizava şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin nəqliyyat nazirlərinin ikigünlük görüşü keçirilib. Görüşdə digər məsələlərlə yanaşı, pilotsuz avtomobil texnologiyalarının inkişafı barədə də razılıq əldə edilib.

Sentyabrın 24-də nazirlərin elan etdiyi bəyanatda bildirilir ki, pilotsuz nəqliyyat vasitələrinin geniş tətbiqi yol-nəqliyyat hadisələrinin sayının azalmasına və tıxacların aradan qaldırılmasına təkan verər. Pilotsuz nəqliyyat vasitələri, güman edilir ki, əyalət yerlərində yaşayan əhalinin nəqliyyatla təmin edilməsində də mühüm rol oynaya bilər.

G7 ölkələrinin nazirləri, həmçinin sürücülərin nəqliyyat vasitələrini idarə edərkən yol verə biləcəyi səhvləri aradan qaldırmağa xidmət edəcək yeni sistemlərin yaradılması məqsədilə texniki məsələləri araşdıracaq işçi qrupun yaradılması barədə də razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.