DÜNYA


Yaponiyada “Layonrok” tufanı nəticəsində həlak olanlar var

A+ A

Tokio, 31 avqust, AZƏRTAC

Avqustun 30-da axşam saatlarında Yaponiyanın şimal-şərqinə çatan “Layonrok” tufanı ciddi fəsadlara səbəb olub, həlak olanlar və itkin düşənlər var.

Belə ki, tufan səbəbindən İvate prefekturasının İvaicumi şəhərində çayın daşması nəticəsində qocalar evinin doqquz sakini ölü vəziyyətdə aşkar olunub. Bu barədə prefekturanın polisi məlumat yayıb.

Qocalar evində həlak olanların ölüm səbəbi hazırda açıqlanmır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır. Həmin ərəfədə qonşu Kuci şəhərində yaşlı qadının təbii fəlakət nəticəsində həlak olması barədə məlumat yayılıb.

“Layonrok” tufanı 110 aviareysin təxirə salınmasına, yüzlərlə məktəbdə dərs prosesinin pozulmasına və yerli əhalinin kütləvi şəkildə təxliyəsinə səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.