DÜNYA


Yaponiyada "Android Pay" mobil ödəmə xidməti istifadəyə veriləcək

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Yaponiyanın ən iri maliyyə qruplarından biri olan "Mitsubishi UFJ Financial Group" "Google" ilə əməkdaşlığa başlayıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, şirkət bu ilin payızında ölkədə "Android Pay" mobil ödəmə xidmətini istifadəyə verəcək. Əvvəlcə "Google"nin mobil pul kisəsinə yalnız "Tokyo-Mitsubishi UFJ" bankının buraxdığı debet kart daxil olacaq. İlin sonuna mobil kisəsinə kredit kartı da əlavə olunacaq.

Bundan başqa, "Google" Şərqi Yaponiyanın dəmir yolu şirkəti ilə də danışıqlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.