DÜNYA


Yaponiyada bankın şöbə müdirinin müavini külli miqdarda mənimsəməyə görə həbs olunub

A+ A

Tokio, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Yaponiyanın “Mitsui Sumitomo” bankının şöbə müdirinin müavini valyuta əmanətləri sistemində 190 milyon yen (təqribən 1,9 milyon dollar) oğurladığına görə həbs edilib. Bu barədə NHK televiziya kanalı məlumat yayıb.

Təhqiqat zamanı məlum olub ki, yüksək vəzifəli bank məmuru həmin məbləği ötən ilin noyabr ayından cari ilin iyununadək mənimsəyib. Həmin şəxs günahını etiraf edib. Lakin təhqiqat nəticəsində Yaponiyanın böyük banklarından birinin 2007-ci ildən bəri həmin yolla 1,1 milyard yen (təqribən 11 milyon dollar) itirdiyi də məlum olub. Hazırda təhqiqat davam edir.

Həbs olunan şəxs həmin vəsaiti övladlarının təhsilinə və sevimli qadınına sərf etdiyini bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.