DÜNYA


Yaponiyada bıçaqla silahlanmış şəxs 19 nəfəri qətlə yetirib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yaralananlardan 20-nin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı şəxs polisə təslim olub.

Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.