Yaponiyada əyləncə mərkəzində yanğın nəticəsində 4 nəfər həlak olub
Tokio, 17 dekabr, AZƏRTAC
Yaponiyanın Saytama prefekturasındakı əyləncə mərkəzlərindən birində baş verən yanğın 4 nəfərin ölümünə səbəb olub, bir nəfərin isə vəziyyəti ağırdır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, yanğın nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Həlak olanların üçü qadın, biri isə kişidir.
Məlumatda qeyd edilir ki, yanğınsöndürənlər hadisə yerində daha bir nəfərin cəsədini aşkar ediblər. Yaponiya qanunlarına əsasən yanğınsöndürənlər bu hadisəni ölüm faktı kimi qeydə ala bilməzlər, bunu yalnız həkimlər etməlidirlər.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]
Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir
- 18.09.2026 [09:35]