DÜNYA
Yaponiyada ilk dəfə iPS hüceyrələr bir insan bədənindən digərinə köçürülüb
Tokio, 29 mart, AZƏRTAC
Bir qrup yapon alimi dünyada ilk dəfə gövdə hüceyrələrini (iPS hüceyrələr) bir insan orqanizmindən digərinə köçürməyə müvəffəq olub. Bu barədə “Riken” Təbii Elmlər İnstitutu məlumat yayıb.
Qeyd edilir ki, əməliyyat bu günlərdə Kobe şəhər tibb mərkəzində aparılıb. iPS hüceyrələri göz bəbəyində zədə olan xəstəyə köçürülüb. Yapon alimləri həmin gövdə hüceyrələrinin regenerasiya prosesinə yardım edəcəyini düşünürlər.
Bu günədək həmin hüceyrələr xəstənin orqanizmi tərəfindən rədd edilməyib.
Əlavə olaraq bildirilir ki, Kioto və Osaka şəhərlərindən alimlərin də daxil olduğu həmin qrup daha beş belə əməliyyatın keçirilməsini planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]