DÜNYA


Yaponiyada istehlak qiymətləri 0,4 faiz artıb

Tokio, 28 iyul, AZƏRTAC 

İyun ayında Yaponiyada istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artıb.

NHK telekanalının yaydığı məlumata görə, ölkədə istehlak indeksi altı aydır ki, fasiləsiz olaraq artmaqda davam edir.

İki və daha artıq ailə üzvündən ibarət olan ev təsərrüfatlarının orta aylıq məsrəflər göstəricisi təqribən 2400 dollar təşkil edib. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 2,3 faiz çoxdur və son 22 ayın ən yüksək göstəricisidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.