DÜNYA


Yaponiyada istilər doqquz nəfərin ölümünə səbəb olub

Tokio, 8 avqust, AZƏRTAC

İyulun 31-dən avqustun 7-dək olan həftə ərzində Yaponiyada isti hava şəraiti 9 adamın ölümünə səbəb olub, 5,7 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Yaponiya Mərkəzi Yanğınsöndürmə İdarəsinin məlumatında qeyd edilir ki, xəstəxanalara yerləşdirilənlərdən 1,9 min nəfərin stasionar müalicəyə ehtiyacı var. Xəsarət alanların yarıdan çoxu 65 yaşdan yuxarı insanlardır.

Ötən həftə ərzində ölkənin qərb hissəsində termometrlərin civə sütunu 35 dərəcədən yuxarını göstərib. Yaponiyanın şərqində isə nisbətən sərin hava - 30 dərəcə isti müşahidə edilib. Məhz belə hava şəraiti əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayının artmasına (366 nəfər) səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.