DÜNYA


Yaponiyada istilər ötən həftə altı nəfərin ölümünə səbəb olub

Tokio, 11 iyul, AZƏRTAC

Yaponiyada ötən həftə ərzində istilərdən altı nəfər həlak olub, 4241 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

İyulun 3-dən 9-dək olan dövrdə xəstəxanalara yerləşdirilənlərin sayı əvvəlki həftə ilə müqayisədə iki dəfə artıb.

Yalnız istirahət günləri ərzində xəstəxanalara 600 nəfər yerləşdirilib. Ötən həftə ölkənin əksər rayonlarında hava 30-36 dərəcə arasında dəyişib. Belə ki, Qifu və Qumma prefekturalarında termometrin civə sütunu 36 dərəcə, Ayçi prefekturasında 35,9 dərəcə, Tokionun yaxınlığında yerləşən Saytamada və şimaldakı Hokkaydo adasında 35,6 dərəcə, Kioto və Fukuşima da isə 35,5 dərəcə səviyyəsinə qalxıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.