DÜNYA


Yaponiyada kamerasız insanın hərəkətlərini qeydə alan futbolka yaradıblar

Bakı, 5 avqust, AZƏRTAC

Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik, çoxsaylı sensorla təchiz edilmiş futbolka ixtira edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu futbolkanın əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya videooyunlarda personajları idarə etmək mümkün olacaq.

Şirkətdən hesab edirlər ki, futbolka bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq “Xenoma” şirkətinin futbolkası informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır.

Toplanmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin futbolkanı yumaq olar. Bu futbolka 100 dəfə yuyulsa da öz funksionallığını itirməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.