DÜNYA
Yaponiyada leysan yağışlara görə bir şəhərin bütün sakinləri təxliyə olunur
Tokio, 14 iyul, AZƏRTAC
Kyodo agentliyinin yaydığı məlumata görə, Yaponiyada leysan yağışlar səbəbindən Aiçi prefekturasında yerləşən İnuyama şəhərinin bütün sakinləri təxliyə olunur. Həmin şəhərdə 74 min nəfərin yaşadığı bildirilir.
Şəhərdə leysan yağışlar davam edir və bir saat ərzində 120 millimetr yağıntının düşdüyü qeyd olunur. Bu, torpaq sürüşmələri təhlükəsi yarada bilər.
Xatırladaq ki, ötən həftə leysan yağışlar səbəbindən Kyuşu adasında çoxsaylı daşqın və torpaq sürüşmələri baş verib. Təbii fəlakət nəticəsində 30 nəfər həlak olub, itkin düşmüş 20 nəfərin axtarışları davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]