DÜNYA
Yaponiyada narkotik maddə qaçaqmalçıları həbs olunublar
Tokio, 5 sentyabr, AZƏRTAC
Tokio Polis İdarəsinin yaydığı məlumata görə, Çindən 154 kiloqram narkotik maddəni qaçaqmalçılıq yolu ilə Yaponiyaya gətirmək istəyən üç tayvanlı həbs olunub.
Həmin narkotik maddə yük gəmisində Tokio limanı rayonuna gətirilərək Çiba prefekturasındakı anbarlardan birində gizlədilib. İlkin hesablamalara görə, həmin narkotik maddənin “qara bazar”da qiyməti təqribən 10,7 milyard yen (100 milyon dollar) təşkil edir.
Polis qaçaqmalçıları narkotikləri anbardan boşaldarkən həbs edib. Həmin vaxt anbarda külli miqdarda narkotik maddə aşkar edilib. Polisin qənaətinə görə, bu hadisənin arxasında böyük cinayətkarlar şəbəkəsi dayanır. Həbs olunanlar günahkar olduqlarını inkar edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]