DÜNYA


Yaponiyada ötən həftə 700-ə yaxın insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Tokio, 20 iyun, AZƏRTAC

Yaponiyada ötən həftə 700-ə yaxın insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bu barədə Yaponiyada təcili tibbi yardım funksiyasını da yerinə yetirən Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, iyunun 12-dən 18-dək istilərlə əlaqədar 697 nəfər xəstəxanalara yerləşdirilib, 2 nəfər dünyasını dəyişib. Əvvəlki həftə ilə müqayisədə xəstəxanalara yerləşdirilənlərin sayı 101 nəfər artıb. 228 nəfər stasionar müalicə üçün xəstəxanada saxlanılıb.

Xəsarət alanların 50 faizdən çoxu yaşı 65-dən yuxarı olan insanlardır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.