DÜNYA


Yaponiyada qadağa: axşam saat 8-dən sonra iş yerində qalmaq olmaz

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Tokionun qubernatoru Yuriko Koike bələdiyyə işçilərinə axşam saat 8-dən gec işdən çıxmağı qadağan edib. Qubernator bu yolla ölkədə geniş yayılan “karosi” - iş yerində həddən artıq yorğunluq və stress səbəbindən baş verən ölüm hallarının qarşısını almağa çalışır.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Yuriko Koikenin tapşırığının icrasına xüsusi komanda nəzarət edəcək. Onlar axşam saat 8-də ofislərin işıqlarını söndürəcək və iş yerlərində heç kimin qalmamasına nəzarət edəcəklər.

Tokionun bələdiyyə sektorunda 170 min insan işləyir. Koike onun praktikasından digər şəhərlərin başçılarının da istifadə edəcəyinə inanır.

Mütəmadi hal alan artıq iş saatı yapon cəmiyyətinin kəskin problemlərindəndir. Belə hallar vətəndaşların şəxsi həyatına və sağlamlığına mənfi təsir göstərir. 2008-ci ildə məhkəmə Yaponiya kompaniyalarından birinin “karosi” ilə əlaqədar komaya düşən əməkdaşına 200 milyon yen təzminat ödənilməsi barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.